Sizi MICE CITY səhifəmizdə salamlamağa şadıq!
MICE CITY şirkəti 2021-ci ildə təcrübəli mütəxəssislər komandası tərəfindən yaradılmışdır. Menecerlərimiz 10 ildən artıqdır ki, gəlmə və işgüzar turizm sahəsində çalışırlar. Şirkətin layihələrinin uğurunun açarı qüsursuz reputasiya, işçilərin operativ və çox yönlü olması, yüksək daxili tələblər və öz müştərilərinə diqqətli olmasıdır.
Niyə MICE CITY?
Şəhərimiz korporativ görüşlərin, təqdimatların, təbiətdə komanda quruculuğu tədbirlərinin, şəhərdə və eyni zamanda regional zallarda konfransların keçirilməsi üçün yaranıb. Təşkilatçılığa enerjinizi və vaxtınızı sərf etmədən maksimum məmnun qalmağınız üçün səyahətinizin necə təşkil olunmasını biz bilirik. Peşəkar fərdi yanaşmamız sizin istəklərinizi nəzərə almağa və onları ən yüksək səviyyədə həyata keçirməyə imkan verir.
Biz sizin üçün təşkil edəcəyik:
- Görüşlər, təqdimatlar, danışıqlar;
- Həvəsləndirici və ya motivasiyaedici turlar və proqramlar, komanda yaratma, işçi heyəti üçün təlim hazırlığı, korporativ bayramlar;
- Konfranslar, konqreslər, qurultaylar, forumlar, seminarlar;
- Sərgilər, imic tədbirləri (festivallar, xeyriyyə konsertləri və s.).
Rafiqə Əliyeva
Təsisçi, Direktor
rafiga.aliyeva@micecity.az
Rafiqə Əliyeva
Təsisçi, Direktor
rafiga.aliyeva@micecity.az
Aynur Umarlı
MICE menecer
aynur.umarli@micecity.az
Aynur Umarlı
MICE menecer
aynur.umarli@micecity.az
Anna Kamayeva
Gəzinti turları üzrə menecer
anna.kamayeva@micecity.az
Anna Kamayeva
Gəzinti turları üzrə menecer
anna.kamayeva@micecity.az
İrakliy Asatiani
Turizm üzrə məsləhətçi
irakliy.asatiani@micecity.az
İrakliy Asatiani
Turizm üzrə məsləhətçi
irakliy.asatiani@micecity.az
Orxan Əmrahov
Daxili turlar üzrə menecer
orkhan.amrahov@micecity.az
Orxan Əmrahov
Daxili turlar üzrə menecer
orkhan.amrahov@micecity.az
Emin Malışev
Foto və video çəkilişlər üzrə menecer
emin.malishev@micecity.az
Emin Malışev
Foto və video çəkilişlər üzrə menecer
emin.malishev@micecity.az
Murad Almasov
Mühasib
accountant@micecity.az
Murad Almasov
Mühasib
accountant@micecity.az
---------------
Ofis meneceri
office@micecity.az
---------------
Ofis meneceri
office@micecity.az
Aran bölgəsi
Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir.Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv. km olmaqla ölkə ərazisinin 24,7 %-ni, əhatə edir.
Qərb bölgəsi
Qərb bölgəsi Gəncə-Qazax iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağstafa, Daşkəsan, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Onun ərazisinin ümumi sahəsi 12,5 min kv.km olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir.
Cənub bölgəsi
Cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Azərbaycan Respublikasının Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayon şərqdə Xəzər dənizi, qərbdə və cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla ölkə ərazisinin 7%- ni əhatə edir.
Şimal bölgəsi
Şimal bölgəsi Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edir.Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində - Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv.km olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir.
Quba-Xaçmaz iqtisadi rayonu
Quba-Xaçmaz iqtisadi rayonu Dəvəçi, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına- düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır.
Qarabağ bölgəsi
Qarabağ bölgəsi Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarını əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını və Xankəndi şəhərini əhatə edir. İqtisadi rayonun Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin əraziləri tamamilə, Ağdam və Füzuli rayonlarının əraziləri isə qismən erməni işğalı altındadır. Bu səbəbdən Dövlət proqramı çərçivəsində bu iqtisadi rayon üzrə Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərinin və Tərtər rayonunun inkişafına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda 1482 kv.km ərazini əhatə edən bu üç rayonun əhalisinin sayı 211,8 min nəfərdir.
Kəlbəcər-Laçın iqtisadi rayonu
Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir. Azərbaycan ərazisinin 7,5 %-i, əhalisinin isə 2 %-dən bir qədər çoxu bu rayonun payına düşür.Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil etmişdir. Qoyunqçuluq, maldarlıq, arıçılıq, tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq kənd təsərrüfatının inkişaf etmiş sahələrindən olmuşdur. Zənqilan-Qubadlı inzibatı rayonlarında və çayların subasarlarında əkinçilik üçün əlverişli şərait vardır.
Dağlıq Şirvan bölgəsi
Dağlıq Şirvan bölgəsi Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km olmaqla ölkə ərazisinin 7 %-ni təşkil edir.İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir.
Naxçıvan bölgəsi
Naxçıvan bölgəsi Naxçıvan iqtisadi rayonunu əhatə edir. Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonu Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə etməklə Azərbaycanın əsas hissələrindən kənarda, Türkiyə, İran və Ermənistan əhatəsində anklav ərazidə yerləşir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan iqtisadi rayonu blokada vəziyyətinə düşərək, hal-hazırda çox əlverişsiz iqtisadi-coğrafi mövqeylə üzləşmişdir. Naxçıvan iqtisadi rayonu Naxçıvan şəhərindən, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli inzibati rayonlarından ibarətdir. İqtisadi rayonun ümumi sahəsi 5,5 min kv.km olmaqla ölkə ərazisinin 6%-ni əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Zəngəzur və Dərələyəz silsilərindən və Araz boyu uzanan mailli düzənliklərindən ibarətdir. İqtisadi rayonun ərazisinin 0,5 faizi meşələrlə örtülmüşdür.